Böyük Qayıdışla bağlı komissiya yaradılacaq

Xəbərlər

25.01.2023 - 16:59

Qurum qanunverici məsələləri araşdıracaq

Ermənistanın işğalından azad olunmuş torpaqlara Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.

AYNA xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib.

Yaz sessiyasında erməni işğalın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi reallaşdırılacaq.

Müəllif: Ayna.az