Borrell: “Ukraynada vəziyyət getdikcə pisləşir”

Dünya

14.10.2024 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

“Kiyevə yardımı artırmaq lazımdır”

“Ukraynada vəziyyət getdikcə pisləşir. Kiyevə yardımı artırmaq lazımdır”. AYNA xəbər verir ki, bu sözləri oktyabrın 14-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurasının iclası başlamazdan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozef Borrell jurnalistlərə deyib.

“Biz Ukraynaya dəstəyimizi artırmalıyıq. Yeganə mümkün həll yolu budur. Biz Avropa Sülh Fondundan ödənişləri açmaq və hava hücumundan müdafiəni gücləndirmək imkanlarını müzakirə etməyə davam edəcəyik”, - Borrell bildirib.

Borell həmçinin xatırladıb ki, qış Ukrayna üçün enerji infrastrukturunun geniş miqyasda məhv olması səbəbindən çətin keçəcək. Onun sözlərinə görə, digər problem Ukrayna taxılının ixracıdır.

“Buna görə də bu gün Aİ-yə üzv ölkələr bu məsələləri müzakirə edəcək, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanı dinləyəcək və ümid edirəm ki, dəstəyimizi artırmaq üçün qərarlar qəbul edəcək”, - Borrell fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş