Borca görə axtarışda olan 26 nəfər saxlanılıb

Xəbərlər

21.01.2025 - 10:43

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Yanvarın 20-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 38, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş