Sərnişinlər arasında xəsarət alan olmayıb
Bolqarıstanın mərkəzi hissəsində, Stara Zaqora bölgəsindəki Maqlij bələdiyyəsinin Dabovo və Raduntsi stansiyaları arasında sərnişin qatarı relsdən çıxıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Bolqarıstan Dövlət Dəmir Yolları şirkətindən bildirilib.
Qeyd olunub ki, hadisə yerli vaxtla saat 07:30-da baş verib, sərnişinlər arasında xəsarət alan olmayıb.
Məlumata görə, qəzaya səbəb relslərə daş düşməsi olub və nəticədə lokomotiv, həmçinin iki vaqon relsdən çıxıb.
Daxili İşlər Nazirliyinin Regional İdarəsi hadisə yerinə polis əməkdaşlarının cəlb edildiyini və ərazidə araşdırma aparıldığını bildirib.