Bolqarıstan Prezidenti istefa verib

Dünya

20.01.2026 - 09:23

“Əminəm ki, İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq"

Bolqarıstan Prezidenti Rumen Radev istefa verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Radev bazar ertəsi çıxışında deyib.

"Sabah səhər (bu gün- red) istefamı təqdim edəcəyəm. Əminəm ki, vitse-prezident İliana Yotova prezident kimi mənim üçün layiqli əvəzedici olacaq", - Radev söyləyib.

“Reuters” qeyd edir ki, bu açıqlama, ötən ay əvvəlki hökumət istefa verdikdən sonra onun öz siyasi partiyasını quracağı ilə bağlı geniş yayılmış ehtimalları daha da gücləndirib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş