Boliviyada ağır yol qəzasında 13 nəfər ölüb

Dünya

21.12.2024 - 13:18

Həkimlər Klinikalar SEO Xidməti

Prezident: "Müvafiq araşdırma aparılmasına göstəriş vermişik"

Boliviyanın qərbində mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse məlumat verib.

“La-Pas-Oruro avtomobil yolunda baş verən və 13 nəfərin ölümü ilə nəticələnən qəza bizi dərindən kədərləndirdi. Boliviya xalqının kədərləndiyi bu faciəli hadisənin səbəblərini müəyyənləşdirmək üçün müvafiq araşdırma aparılmasına göstəriş vermişik”- o, Telegram kanalında yazıb.

Qeyd olunub ki, toqquşma nəticəsində iki uşaq ölüb. Qəzadan sağ çıxan 3 nəfər El-Altodakı xəstəxanaya aparılıb. İlkin məlumatlara görə, toqquşmanın səbəbi hələ müəyyən edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş