Hikmət Babayev vəzifəsindən azad edilib
Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama verən şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb. AYNA xəbər verir ki, bu barədə “Report”-a BNA-dakı mənbə bildirib. Qurumun mətbuat katibi Mais Ağayev faktı təsdiqləyib.
Xatırladaq ki, ötən gün Agentlik açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.