Stefan Dujarrik: "Bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq"
BMT Qarabağa öz missiyasını göndərmək niyyətini qoruyub saxlayır və missiyanın regiona ən qısa zamanda gəlməsi üçün bütün tərəfləri əməkdaşlığa çağırır.
AYNA TASS-a istinadən xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
Daha əvvəl BMT-də bildirilmişdi ki, missiya region sakinlərinin ehtiyaclarını qiymətləndirmək üçün dekabrın əvvəlində Qarabağa gəlməli idi, ancaq bu hələ reallaşmayıb.
“Mən deməzdim ki, hansısa maneə var. Detallar hələ ki işlənilir. Münaqişə regionlarında bütün zərərçəkənlərin humanitar ehtiyaclarını təmin etməyə hazırıq. BMT-nin Humanitar məsələlər üzrə İdarəsində və digər departamentlərdəki əməkdaşlarımız humanitar ehtiyacların müstəqil qiymətləndirilməsi üçün bütün tərəflərlə işləyirlər ”, - deyə Dujarrik bildirib.