BMT-nin əməkdaşı Türkiyədə həlak olub

Dünya

17.01.2022 - 09:31

Həkimlər Klinikalar SEO Xidməti

Qar uçqunu altında qalan turistlərdən ikisi xilas edilib

Türkiyənin Kayseri vilayətinin Erciyes Xizək Mərkəzində sürüşmə zolağından çıxan üç kanadalı turist qar uçqun altında qalıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, uçqun altında qalanlar Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşları olublar.

Vurğulanır ki, 2700 metr hündürlük bölgəsindən dərəyə sürüşməyə cəhd edən turistlər özləri tərəfindən yaradılan uçqun altında qalıblar.

Turistlərdən ikisi xilas edilib, birinin isə cəsədi tapılıb. Həyatını itirən turist, 45 yaşlı Maykl Kreeftin Türkiyənin Qaziantep vilayətində yerləşən BMT Koordinasiya Mərkəzinin üzvü olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş