“BMT-nin baş katibi Antonio Quterreş hadisələri diqqətlə izləyir"
BMT Əbu-Dabidə Prezident İlham Əliyev və Baş nazir Paşinyan arasında görüşü alqışlayır.
AYNA.AZ xəbər verir ki, bunu “Report”un Amerika bürosunun sualını cavablandıran BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Əbu-Dabidə keçirilən görüşünü mart ayında əldə edilmiş sülh sazişinin mətni üzrə razılaşmanın möhkəmləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirmək olar.
“BMT-nin baş katibi Antonio Quterreş hadisələri diqqətlə izləyir və iki ölkə arasında uzun müddətdir ziddiyyətli olan dialoqu alqışlayır”, – Dujarrik bildirib.