Blinken: “Rusiya ilə sülh danışıqları o zaman mümkün olacaq ki...”

Dünya

05.12.2022 - 00:55

“Putin diplomatiyada maraqlı olduğunu nümayiş etdirməyənə qədər hər hansı irəliləyiş şansı azdır”

“Rusiya ilə sülh danışıqları o zaman mümkün olacaq ki, Moskva diplomatiyada maraqlı olsun”. AYNA xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ dövlət katibi Antoni Blinken deyib.

Blinken bildirib ki, hər hansı münaqişənin həllində iştirak edən tərəflər maraqlıdırsa, diplomatiyanın dəyərləri vacib olur.

“Hakimiyyətlər diplomatiyanın əsaslı nəticəsinə maraq göstərməyincə, Rusiya ilə danışıqlar gündəmdə olmayacaq. İndi Moskva əksinə hərəkət edir. Putin diplomatiyada maraqlı olduğunu nümayiş etdirməyənə qədər hər hansı irəliləyiş şansı azdır”, - ABŞ dövlət katibi deyib.

Müəllif: Ayna.az