Birinci vitse-prezident xalqı təbrik edib

Xəbərlər

26.10.2020 - 11:19

cedabet dərman SEO Xidməti

Mehriban Əliyeva Qubadlının işğaldan azad olunması münasibətilə “Instagram” hesabında paylaşım edib

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir sıra kəndlərimizin və Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə rəsmi “Instagram” hesabında Azərbaycan xalqını təbrik edib.

 

AYNA-nın xəbərinə görə, təbrikdə deyilir: “Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş