Mehriban Əliyeva cəbhədəki vəziyyətlə bağlı növbəti paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, sosial şəbəkə hesablarında, cəbhədəki vəziyyətlə bağlı növbəti paylaşım edib. Birinci-vitse prezident paylaşımlarında Prezident İlham Əliyevin fikirlərini bölüşüb:
“Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.