Şəhidin qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib. Vida mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, hərbi qulluqçular, rayon sakinləri və şəhidin doğmaları iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!