Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər tutulub
Daxili İşlər Nazirliyi (DİN) ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, gün ərzində törədilmiş 30 cinayətin üstü daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.