Bir gündə iki tarixçi alimimizi itirdik

Xəbərlər

08.12.2021 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Aydın Balayev və Fəridə Məmmədova vəfat edib

Tanınmış etnoloq, tarix üzrə elmlər doktoru Aydın Balayev dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, A.Balayev 19 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini, habelə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. O, bir sıra tarixi əsərlərin, elmi araşdırmaların müəllifi olub.

Azərbaycanın daha bir məşhur tarixçi alimi, AMEA Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası” şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova da bu gün vəfat edib. Bu barədə AMEA-nın Tarix İnstitutu məlumat yayıb.

Qeyd edək ki, Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-cı ildə Şirvan şəhərində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.

2001-ci ildən AMEA-nın müxbir üzvü olub. 2006-ildən Milli Aviasiya Akademiyasında ictimai fənlər kafedrasının müdiri olub.

Fəridə Məmmədova Sovet dövründən Qafqaz Albaniyası tədqiqatları ilə erməni millətçilərinin saxta tarix yaratmaq iddiaları qarşısında Qafqazda tarixi erməni dövlətinin mövcud olmadığını, ermənilərin alban irsini mənimsədiyini, xristian albanların bir müddət sonra erməniləşdiyini, İrəvan şəhərinin heç zaman erməni dövlətinin paytaxtı olmadığını sübuta yetirmiş görkəmli bir tarixçi idi. Qarabağ tarixi haqqında da dəyərli tədqiqatlar ortaya qoyan Fəridə Məmmədovanın elmi yaradıcılığı ilə Azərbaycanın ədalətli mövqeyinin sübuta yetirilməsində mühüm rol oynayıb.

Allah rəhmət etsin!

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş