Bu haqda onun müəllimi məlumat verib
Fevralın 24-ü gecə saatlarında Bakı Dənizkənarı Bulvarda özünü dənizə ataraq intihar edən 22 yaşlı tələbə Nəzakət Rzazadənin cəsədi tapılıb.
AYNA xəbər verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi məlumat verib.
"1 ay əvvəl özünü dənizə atmış Nəzakət Rzazadənin cəsədi tapıldı. Deyilənə görə, dənizdən tapılıb. Allah rəhmət etsin. Valideynlərinə səbr arzulayıram", - deyə E.Əfəndi qeyd edib.
Xatırladaq ki, fevralın 24-də gecə saat 2 radələrində 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə Müğdət qızı intihar məqsədi ilə özünü dənizə atmışdı. Ardınca onu xilas etmək üçün sevgilisi - Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu özünü suya atmışdı. B.Məmmədov xilasedicilər tərəfindən sudan sağ çıxarılsa da N.Rzazadənin cəsədini tapmaq mümkün olmamışdı.
N.Rzazadənin intihar etməsinə səbəb kimi isə B.Məmmədovla bir-birilərini sevməsi, lakin ailələrin onların birlikdəliyinə razı olmaması göstərilmişdi.