Binəqədidə yaşayış binasında yanğın söndürülüb

Hadisə

04.11.2025 - 18:33

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 85 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 7 m² sahədə yanıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 4 m² sahədə və 2 ədəd kondisioner qismən əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş