Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Xəbərlər

24.11.2024 - 22:17

Həkimlər Klinikalar SEO Xidməti

"Azərişıq": "Ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq"

Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xəttində naqillərin yenilənməsi işləri ilə əlaqədar noyabrın 25-dən 29-dək elektrik xətləri sifarişə əsasən açılacaq.

AYNA xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Binə Atçılıq yaşayış massivinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş