Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Biləsuvar rayonunda ağır yol qəzası baş verib. AYNA.AZ-ın "Report"a istinadən məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.