Biləsuvarda maşın aşıb, 5 nəfər xəsarət alıb

Hadisə

26.02.2024 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Yaralılar tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

Fevralın 26-sı saat 07:26 radələrində Bakı-Astara magistralının Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

AYNA xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlardan 1965-ci il, 1979-cu il və 1986-cı il təvəllüdlü (kişi cinsli) 3 nəfərə bədənin müxtəlif nahiyələrinin səthi travması diaqnozu təyin edilib:

"Zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar" .

"1971-ci il təvəllüdlü (kişi cinsli) şəxsə onurğanın 12-ci fəqərəsinin sınığı diaqnozu təyin edilib. Xəsarət alan şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib", - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş