Biləsuvar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb

Xəbərlər

12.12.2021 - 19:08

Həkimlər Klinikalar SEO Xidməti

Silahlar aidiyyəti üzrə təhvil verilib

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya bildirilib ki, bu istiqamətdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri S. Məhərrəmov, A.İmanov və E.Nəsirlidən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Biləsuvar RPŞ-də müvafiq araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş