Biləcəridə yarım hektar ərazidə yanğın olub

Hadisə

23.03.2020 - 14:45

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində 500 m² sahədə məişət tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, bu səhər FHN-in "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş