Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbərlər

14.04.2024 - 18:04

Magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var

Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bu barədə AYNA-ya Xidmətdən məlumat verilib.

Bildirilib ki, aprelin 15-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az