Bəzi yollarda dumanlı olacaq

Xəbərlər

03.12.2023 - 19:33

Görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.

Müəllif: Ayna.az