Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

Xəbərlər

22.07.2025 - 10:49

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

İyulun 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə AYNA.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Ceyrançöldə 6, Gədəbəydə 2, Şəmkir və Ağstafada 1 mm-dir.

İyulun 21-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 24, Ceyrançöl və Culfada 22, Şəkidə 20, Goranboyda 19, Naftalan və Mingəcevirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 39, dağlıq rayonlarda 32, Aran rayonlarında isə 41 dərəcəyədək isti qeydə alınır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş