Beynəlxalq səyyahlar Laçına səfər ediblər

Xəbərlər

05.02.2023 - 17:24

Səyyahlar Laçın şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.

AYNA xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

Otuz nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.

Müəllif: Ayna.az