Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddialarını təmin etməyib

Siyasət

07.12.2021 - 20:42

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın 3 iddiası təmin olunmayıb

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

AYNA xəbər verir ki, məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən müharibə cinayətlərinin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş