Konstantin Kalaçev: “O, ömür boyu Prezident olmaq istəmir, amma səlahiyyətlərini də əldən vermək fikrində deyil”
Rusiya Prezidenti Vladimir Putinin hökuməti tam tərkibdə istefaya göndərməsi və kadr dəyişikliyinə getməsi bütün dünyada diqqətlə izlənilir. Rusiya daxilində baş verən siyasi prosesləri AYNA-ya rusiyalı politoloq Konstantin Kalaçev şərh edib.
- Rusiya Prezidentinin addımını necə qiymətləndirirsiniz? Söhbət hakimiyyətin ötürülməsindən gedir?
- Uzun müddətdir ki, biz prezidentliyi şaquli şəkildə gücləndiririk. Amma indi qərar verildi ki, diqqəti daha çox dövlət qurumlarına yönəldək. Aydındır ki, hakimiyyətin ötürülməsi prosesi başlayır və kursun davamlılığını təmin etmək, sığortalanmaq, tarazlıq sistemini yaratmaq lazımdır. Prezidentin son açıqlamasından belə məlum olur:
a) o, ömür boyu prezident olmaq istəmir;
b) özünü tamamilə Rusiya tarixinə yazdırmaq istəyir və konstitusiyada dəyişiklik hadisələrin məntiqinə daxil edilib. Çünki Putin üçün suverenlik əsas dəyərdir, ölkə xarici təsirlərdən məhrum olmalıdır. Bu, məhz onun mübarizə apardığı bir şey idi.
Digər bir məsələ bələdiyyələrin işləməməsidir və bu mövzu da ortaya çıxmalı idi. Federasiya Şurasının öz funksiyaları ilə məşğul olması və bölgələr palatasının şurası olması, bu məqsədlə yaradıldığı çoxları tərəfindən unudulub.
Yeni çağırış Dövlət Dumasının imkanlarını genişləndirdikdən sonra Putinin “Vahid Rusiya” partiyasına şəxsən başçılıq edəcək və gələcəkdə əminəm ki, Dövlət Dumasının sədri vəzifəsinə keçərək, oradan bütün ölkəyə nəzarəti ələ alacaq. Əlbəttə ki, Putinin hər gün deputatları dinlədiyini təsəvvür etmək çətindir, amma hər şey mümkündür.
Nicat Hacıyev