Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçir

Xəbərlər

14.03.2022 - 11:33

Xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz Bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə AYNA-ya Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.

Qeyd edilib ki, bundan əlavə, sərnişin axınının çoxalması nəzərə alınaraq, koronavirus pandemiyası ilə əlaqədar avtonəqliyyat vasitələrinin, eləcə də gözləmə zallarının, xidməti otaqların, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrdə gündəlik dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılmasına nəzarət gücləndirlib. Sanitar- gigiyenik vəziyyətə ciddi nəzarət həyata keçirilir.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş