Beyləqanda yanğın törədən şəxs cəzalandırılıb

Hadisə

01.09.2025 - 22:51

6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb

Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

Natiq Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş