Yanğın genişlənməsinə imkan verilmədən qısa vaxtda söndürülüb
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Beyləqan rayonunun Şərq qəsəbəsinin yaxınlığından keçən hissəsində qamışlıqda yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Yanğın genişlənməsinə imkan verilmədən qısa vaxtda söndürülüb.