Beyləqanda fermada yanğın olub

Hadisə

24.10.2021 - 21:06

Həkimlər Klinikalar SEO Xidməti

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Beyləqan rayonunun İkinci Şahsevən kəndində fermanın ərazisində ümumi sahəsi 68 m² olan qamışdan ibarət tövlə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Ağcabədi rayonunun Avşar kəndində “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş