Beyləqanda əməliyyat: 3 nəfər saxlanılıb

Xəbərlər

31.03.2024 - 20:07

cedabet dərman SEO Xidməti

Narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan silah-sursat polisə təhvil verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi ilə əldə etdikləri marixuana aşkarlanıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət iṣi başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq rayon sakinləri 1 ədəd “AK-74” silahını, 2 ədəd “F-12 və 1 ədəd “RQN-D” əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.

Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş