Bəxtiyar Hacıyevə hökm oxunub

Xəbərlər

13.01.2025 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

İctimai fəala 10 il həbs cəzası verilib

İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. AYNA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmə əsasən, Bəxtiyar Hacıyevin Bakı şəhəri H.Zərdabi küçəsində olan evi və bank hesablarında olan vəsaiti müsadirə olunacaq.

Qeyd edək ki, dövlət ittihamçısı Bəxtiyar Hacıyevin 11 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş