Beşmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

14.02.2020 - 14:24

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Bu gün səhər saatlarında Zaqatala şəhəri C.Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

AYNA Fövqəladə Hallar Nazirliyinin 9FHN) saytına istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində 1 m² sahədə karton və taxta tullantıları yanıb.

 

Yanğın zamanı 3-ü azyaşlı olmaqla 18 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş