Beş rayonda "Azəriqaz"ın "Açıq mikrofon"u qurulacaq

Xəbərlər

04.06.2022 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. "Azəriqaz"dan AYNA-ya verilən məlumata görə, növbəti həftə (06-10.06.2022 tarixləri) daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Ağsu rayonunda (M.Ə. Rəsulzadə küçəsi,  İstirahət Parkı), ikinci günü saat 11:00-dan 12:00-dək Qobustan rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (S.Ə.Şirvanı küçəsi 74, Tarix-Diyarşünaslıq Muzeyinin qarşısındakı park), 4-cü günü saat 12:00-dan 13:00-dək Ucar rayonunda (Heydər Əliyev Parkı) və 5-ci günü isə saat 12:00-dan 13:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı)  baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş