TƏBİB: “Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb
Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib. AYNA Azərtac-a istinadən xəbər verir ki, yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.
Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. Bu barədə AYNA-ya TƏBİB-dən bildirilib.
“Bir nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir. Əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.