Ombudsman: “Ermənistanın Bərdədə insanların sıx məskunlaşdığı əraziyə raket atıb”
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bərdəyə düşmənin raket hücumu ilə bağlı paylaşım edib.
AYNA-nın xəbərinə görə, Ombudsmanın “Twitter” hesabından edilən paylaşımda qeyd edilir: “Ermənistanın Bərdədə insanların sıx məskunlaşdığı əraziyə raket atması nəticəsində 21 nəfərdən çox mülki vətəndaş həyatını itirib, 60 nəfər yaralanıb”.