Bərdədə ər arvadını bıçaqlayıb, sonra özünə xəsarət yetirib

Hadisə

03.10.2024 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib

Bərdədə bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, 46 yaşlı Gülnar Qasımova həyat yoldaşı Ayaz Qasımov tərəfindən bıçaqlanıb.

Hadisədən sonra Ayaz Qasımov özünə xəsarət yetirib.

Hər iki şəxs Bərdə Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az