Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.