Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər aparılıb

Xəbərlər

01.06.2026 - 16:25

Monitorinqlər çərçivəsində qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb

Milli Monitorinq Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndində və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağlarını və bitkiçilik təsərrüfatlarını əhatə edib.

Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib.

Monitorinqlər çərçivəsində qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda, sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş