Dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin edilib
Məlum olduğu kimi, 10 fevral 2022-ci ildə Bərdə Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxsə bəraət hökmü verilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, həmin hökmdən dövlət ittihamçısı tərəfindən 15 fevral 2022-ci ildə apellyasiya protesti verilib.
Gəncə Apellyasiya məhkəməsinin 20 iyul 2022-ci il tarixli hökmü ilə protest təmin ediib. Sözügedən şəxs təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və dərhal məhkəmə zalında həbs edilib.