Bələdiyyə işçisini cəzalandırılıb

Xəbərlər

07.05.2021 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib

 

Mayın 5-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 28 May qəsəbəsində sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı E.Müslümov küçəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) AYNA-ya verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin işçisi X.Eyvazov barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Həmçinin qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib.  Bu istiqamətdə tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş