Belarus Ermənistana nota verib

Dünya

06.05.2026 - 13:58

Xarici İşlər Nazirliyi Ermənistanın müvəqqəti işlər vəkili Artur Sarkisyana etiraz notası təqdim edib

Belarus Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın müvəqqəti işlər vəkili Artur Sarkisyana etiraz notası təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

"Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar müvəqqəti işlər vəkili Artur Sarkisyana sərt etiraz bildirilib və nota təqdim edilib", - deyə Belarus XİN-in “Telegram” kanalında dərc olunmuş bəyanatda qeyd olunub.

Bir müddət əvvəl Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib ki, "Ermənistan bir əyalətə çevrilməməli və Belarus kimi idarə olunmamalıdır". Belarus XİN bu bəyanata cavab verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş