Bəhreyndə "Omikron"a ilk yoluxma qeydə alınıb

Dünya

11.12.2021 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Ştam xaricdən gələn şəxsdə aşkar edilib

Bəhreyndə dekabrın 11-də ilk dəfə “Omikron” ştamına yoluxma halı qeydə alınıb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Bəhreyn Krallığının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ştam krallığa xarici ölkədən gələn şəxsdə aşkar edilib. Sağlamlıqla bağlı ona qarşı uyğun tədbirlər həyata keçirilib.

Xatırladaq ki, əhalisi 1,7 milyon nəfər olan Bəhreyndə 311 aktiv COVID-19 xəstəsi var. Ümumilikdə krallıq üzrə 276 292 nəfər virusdan sağalıb, 1 394 nəfər isə koronavirusun qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş