Kəmalə Namazova universitetin mətbuat katibi təyin edilib
Bakı Dövlət Universitetinə (BDU) yeni mətbuat katibi təyin olunub. AYNA xəbər verir ki, bu vəzifəyə jurnalist Kəmalə Namazova təyinat alıb.
Qeyd edək ki, K.Namazova əvvəllər bir sıra tanınmış mətbuat orqanlarında müxbir və redaktor kimi fəaliyyət göstərib.