Baytarlıq aptekində nöqsanlar aşkarlanıb

Xəbərlər

29.08.2025 - 13:21

Baxış zamanı aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatları aşkar edilib

Daxil olan müraciət əsasında Bərdə rayonu, Bakı küçəsində fəaliyyət göstərən, Firus Vilayət oğlu Əliyevə məxsus “Şəhla” baytarlıq aptekində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, baxış zamanı aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb. Preparatların saxlanma temperaturuna riayət edilmədiyi və içlik vərəqlərində Azərbaycan dilində məlumatların olmadığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, yararlılıq müddəti bitmiş preparatlar satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş