Tərəflər İrandakı eskalasiya ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas ilə Yaxın Şərqdə gərginliyin artmasını müzakirə edib.
Xarici İşlər Nazirliyindən (XİN) AYNA.AZ-a verilən məlumata görə, tərəflər mövcud təhlükəsizlik vəziyyətini müzakirə edib, eskalasiya ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər və münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Avropa İttifaqına üzv dövlətlərin vətəndaşları da daxil olmaqla, xarici vətəndaşların İrandan təxliyəsində Azərbaycanın mühüm rolu qeyd edilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.