Bayram günlərinə Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbərlər

12.12.2024 - 17:52

Sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər

"Azərbaycan Dəmir Yollar" QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

ADY-dən AYNA-ya verilən məlumata görə, sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.

Bundan əlavə, sərnişinlər bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş